kriminal.az
Trend olan Dubay şokoladı sağlamlıq üçün təhlükəli çıxdı

Son zamanlar sosial şəbəkələrdə qeyri-adi dadı və teksturası ilə diqqət çəkən Dubay şokoladı adlanan desert populyarlıq qazanır. Lakin məlum olub ki, parlaq qablaşdırmanın arxasında sağlamlıq üçün ciddi təhlükə gizlənir.

Kriminal.Az-ın məlumatına görə, rusiyalı diyetoloq Anna Belousova "StarHit"ə müsahibəsində trend olan şirniyyat haqqında şok təfərrüatı açıqlayıb.

"200 qram çəkisi olan bir Dubay şokoladının qida dəyəri min kilokaloridən çoxdur. Belə desert, hətta az miqdarda belə təhlükəli ola bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.

Xüsusilə allergiyası olan insanlar Dubay şokoladını qətiyyən yeməməlidirlər. Həmçinin diyetoloq öd kisəsi problemi olanların da bu şokoladı yeməməsini tövsiyə edib.

Endokrinoloq Veronika Savenko da həmkarının fikirləri ilə razılaşır. O, diabet və piylənmədən əziyyət çəkən insanları dəbdə olan bu şirniyyatdan imtina etməyə çağırıb. "Şokoladın tərkibindəki məhsullar ishal və digər mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər", - deyə həkim vurğulayıb.

"Bundan əlavə, Dubay şokoladında yağ və şəkərin yüksək tərkibi orqanizmin hüceyrələrinə zərər verən qlikasiya yaradır. Bu, artıq çəkiyə, ürək-damar xəstəliklərinə, ikinci tip şəkərli diabetə və ateroskleroza səbəb ola bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, Dubay şokoladı - yağda qızardılmış kadayif xəmiri, püstə və ya küncüt pastasından ibarət olan xırtıldayan içlikli desertdir.

Top
0.1710000038147