Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Kriminal.Az-a verilən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Otmanoba kəndi ərazisində çöl quşları ovlamaq istəyən rayon sakinləri A.Gülməmmədov, Ü.Rüstəmov və V.Sarıyev saxlanılıblar.
Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.