"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
Kriminal.Az bu barədə ticarət platformasının məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, 2024-cü ilin dekabrında çatdırılacaq fyuçerslər bir troya unsiyası üçün 2 783 dollardan yuxarı satılır.
Ekspertlər qiymətin daha da artacağını istisna etmirlər.