Fransa prezidenti Emmanuel Makronun reytinqi antirekord yeniləyib, hazırda ölkə əhalisinin yalnız 17%-i onu dəstəkləyir.
Kriminal.Az xəbər verir ki, bu barədə "Le Figaro Magazine" jurnalı aparılan araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fransa liderinin bu dəstək səviyyəsi 2017-ci ildə seçildiyi vaxtdan bəri ən aşağı göstəricidir. Nəşr belə nəticəyə gəlir ki, bu göstəricilərə Makronun iyunda elan etdiyi parlamentin buraxılması səbəb olub.
"İyunun 9-da nazirlər kabinetinin buraxılmasının nəticələri zəlzələyə bənzəyir. "Afterşoklar" bir neçə ay sonra hiss olunurdu. Ən böyüyü prezidentə olan etimad reytinqinin təsirli düşməsi ilə bağlıdır", - deyə məqalədə qeyd olunub.
Fransızlar arasında sorğunu Verian-Epoka şirkəti keçirib. Sorğu göstərib ki, prezidentin populyarlığı bir ay ərzində birdən 5 faiz bəndi aşağı düşüb.
"17% - bu, "sarı jiletlər" böhranının kritik anından da aşağıdır! Sorğuda iştirak edənlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər", - deyə KİV dəqiqləşdirib.