kriminal.az
Nigeriyada etirazlarda iştiraka görə 29 uşaq edam edilə bilər

Nigeriyada 29 uşaq ölkədəki yaşayış böhranının rekord həddə çatmasına qarşı etiraz aksiyasında iştirak etdikləri üçün ölüm cəzası ilə üzləşə bilər.

Kriminal.Az bu barədə "Associated Press"ə istinadən xəbər verib.

Belə ki, 76 aksiya iştirakçısı dövlətə xəyanət, əmlakın məhv edilməsi, həmçinin ictimai asayişin pozulması da daxil olmaqla 10 ağır cinayət maddəsi ilə ittiham olunub.

Onların arasında 29 nəfər yetkinlik yaşına çatmayan şəxslərdir.

Xatırladaq ki, Nigeriyada avqust ayında hökumət əleyhinə etiraz aksiyalarında azı 21 nəfər həyatını itirmişdi.

Top
0.051598072052002