kriminal.az
Britaniya kralı qardaşını dövlət himayəsindən məhrum edib

Böyük Britaniya kralı III Çarlz kiçik qardaşı şahzadə Endryuya illik texniki ödənişlərin dayandırılmasını əmr edib.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb.

İndi York hersoqu bundan sonra şəxsi xərcləri üçün 1 milyon funt-sterlinq (təxminən 2.1 milyon manat - red.) eləcə də təhlükəsizlik üçün əlavə vəsait almayacaq.

Bildirilir ki, kral şahzadə Endryunun Vindsordakı "Royal Lodge" adlı iqamətgahından köçməsini istəyir.

Top
0.045167207717896