Almaniya sakinlərinin böyük əksəriyyəti hakim "İşıqfor" koalisiyasının (SPD, Yaşıllar, FDP) işindən narazıdır.
Kriminal.Az xəbər verir ki, "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrinə görə, Xristian Demokratik və Xristian Sosialist Birliklərinin (CDU/CSU) müxalif mühafizəkar blokunun reytinqi isə əksinə, artaraq 32%-ə çatıb.
Sorğuya əsasən, respondentlərin 85%-i Almaniyanın hazırkı hakimiyyətindən narazıdır. Almanların yalnız 14%-i hökumətin işini müsbət qiymətləndirir. Beləliklə, koalisiyadan məmnunluq üzrə yeni antirekord qeydə alınıb.