kriminal.az
Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

Qəzza zolağında davam edən döyüşlərdə azı 182 jurnalist həlak olub.

Kriminal.Az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"Qəzza zolağında davam edən döyüşlər onu işıqlandırmaq istəyən jurnalistlərə ciddi zərbələr vurur. Söhbət bu döyüşlər zamanı öldürülən 182 jurnalistdən gedir, onlardan bəziləri ailələri ilə birlikdə həlak olublar", - deyə telekanal qeyd edir.

Kanal bildirir ki, mülki ərazilər və infrastruktur tez-tez hədəfə alınır, hava zərbələrinə məruz qalır, bu da jurnalistlərin hadisələri təhlükəsiz şəkildə yayımlamasını çətinləşdirir.

Top
0.051485061645508