kriminal.az
Son bir ay ərzində İranda 170 nəfərə yaxın insan edam edilib

Son bir ay ərzində İranda 166 nəfər, o cümlədən 13 Əfqanıstan vətəndaşı asılmaqla edam edilib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran İnsan Hüquqları Təşkilatı xəbər verib.

Məlumata görə, 2024-cü ilin əvvəlindən oktyabr ayınadək İranda 49 əfqan edam edilib.

Eyni zamanda "Taliban" hökumətinin mətbuat katibi müavini Həmdullah Fitrat Əfqanıstan Milli Televiziyasına bildirib ki, 4 000-dən çox məhbus İrandan Əfqanıstana köçürülüb.

Top
0.084501028060913