kriminal.az

"Meta" korporasiyasının ABŞ-də nüvə enerjisi ilə işləyən yeni süni intellekt məlumat mərkəzi qurmaq planları nadir bir arı növü səbəbindən pozulub.

Kriminal.Az xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, "Meta" şirkətinin baş direktoru Mark Zukerberq ABŞ-də mövcud atom elektrik stansiyası operatoru ilə yeni məlumat mərkəzini gücləndirmək üçün tikinti müqaviləsi bağlamaq istəyib. Lakin o, ekoloji problemlər də daxil olmaqla, çətinliklərlə üzləşib.

M.Zukerberq etiraf edib ki, potensial tikinti zonasında nadir arıların olması layihəni çətinləşdirir.

Qeyd olunur ki, korporasiya karbonsuz enerjidən, o cümlədən nüvə enerjisindən istifadə üzrə təkliflərin öyrənilməsini davam etdirir.

"Meta" qəzetə şərh verməkdən imtina edib.

Top
0.03844690322876