kriminal.az
Bloqer

Braziliyalı "YouTube" bloqeri "Tag" konsolun rəsmi buraxılışından əvvəl "PlayStation 5 Pro"nun (PS5 Pro) daxili hissələrinin eksklüziv icmalını təqdim edib.

Kriminal.Az bu barədə Gazeta.ru-ya istinadən məlumat verir.

O, "Sony" konsolunun əsas xüsusiyyətlərini, o cümlədən CMOS batareyasına sadələşdirilmiş girişi və rəsmi texniki məlumatları ətraflı təsvir edib.

"PS5 Pro" 8 nüvəli "Zen 5" və 16.7 teraflops məhsuldarlığı olan RDNA arxitekturasına əsaslanan qrafik prosessorla təchiz edilib. Bundan əlavə, konsol "RDNA 3" əsasında 30 iş qrupu prosessoru və 60 hesablama blokuna malikdir.

Həmçinin yeni konsol CMOS batareyasına daha asan giriş imkanı verir ki, bu da ciddi problemlər yarandıqda sistemin yenidən yüklənməsi prosesini asanlaşdırır.

"PS5 Pro" daxilindəki qrafik prosessorun takt tezliyi 2.17 GHz təşkil edir. Bundan əlavə, 16 GB GDDR6 operativ yaddaşa sistem üçün nəzərdə tutulmuş yeni 2 GB DDR5 operativ yaddaş əlavə edilib.

"PlayStation 5 Pro" rəsmi olaraq "Sony" tərəfindən 2024-cü ilin mart ayından sənayedəki şayiələrdən sonra 10 sentyabr 2024-cü ildə elan edilib. Konsol noyabrın 7-də satışa çıxarılacaq.

Bloqer "PlayStation 5 Pro"nun relizindən əvvəl sirlərini açdı

Bloqer "PlayStation 5 Pro"nun relizindən əvvəl sirlərini açdı

Top
0.050436019897461