Bərdədə 4 kiloqram marixuana aşkarlanıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov saxlanılıb. Ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.
Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi evdən oğurluq etdiyi də müəyyən olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.