kriminal.az
Qala gecəsinə sevgili ilə gedib arvaddan

"Qızıl top" ("Ballon d'Or") mükafat mərasimində iştirak edən keçmiş futbolçu Didye Droqba ilə sevgilisi Qabriel Lemer arasında baş verənlər sosial mediada gündəm olub. Belə ki, sevgilisi ilə qalaya qatılan Droqba şəkil çəkdirmək üçün başqa bir qadının qoluna girib. Mediada ikinci qadının Droqbanın həyat yoldaşı olduğu bildirilib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Qala gecəsinə sevgili ilə gedib arvaddan "qırmızı vərəqə" almaq: Droqbanın "Qızıl top" macərası

Qala gecəsinə sevgili ilə gedib arvaddan "qırmızı vərəqə" almaq: Droqbanın "Qızıl top" macərası

Kriminal.Az-ın "Damga Gazetesi"nə istinadla verdiyi məlumata görə, KİV-də bu hadisə "Sevgilisi ilə qala gecəsinə qatılan Droqba həyat yoldaşını görəndə onun yanına getdi" kimi yayılsa da, həqiqət sonradan ortaya çıxıb.

Məlum olub ki, Droqbanın həyat yoldaşı kimi göstərilən qadın, əslində, "Ballon D'or"un digər aparıcısı Sandi Heribert olub. O, Droqba ilə şəkil çəkdirmək üçün qırmızı xalıda kameraların qarşısına keçmək istəyərkən paltarını düzəldəndə şərfinin bir ucu futbolçunun sevgilisinin üzünə dəyib. Bu anlar isə mediada yanlış anlaşılıb və belə bir xəbər ortaya çıxıb. Sosial şəbəkə istifadəçiləri vəziyyəti Didyenin "həyat yoldaşı"nın Qabrielə birbaşa "qırmızı vərəqə" göstərməsi kimi qiymətləndiriblər.

Top
0.048578023910522