kriminal.az
Belarus Müdafiə Nazirliyi ölkə ətrafında gərginliyin artdığını bildirib

Belarus Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə ətrafında gərgin vəziyyətin azalması üçün heç bir əsas görmür.

Kriminal.Az-ın məlumatına görə, bu barədə Belarus Silahlı Qüvvələri Baş Qərargahının müavini general-mayor Vladimir Kupriyanyuk "Belarus Hərbi Qəzeti"nə açıqlama verib.

"Ümumiyyətlə, yaxın perspektivdə Belarus Respublikası ətrafında hərbi-siyasi vəziyyət yüksək gərginliyini qoruyub saxlayacaq. Belarus Respublikası prezident seçkisinin rəsmi tarixinin elan edilməsindən sonra cəmiyyətdə etiraz potensialının artırılmasına yönəlmiş destruktiv hərəkətlər artacaq və 2025-ci ilin əsas seçki kampaniyası yaxınlaşdıqca daha da güclənəcək", - deyə V.Kupriyanyuk bildirib.

Top
0.049829959869385