kriminal.az
ABŞ seçki günündə nüvə yüklü hipersəs sürətli raketin sınağına hazırlaşır

ABŞ hərbçiləri seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra nüvə yüklü hipersəs sürətli raketin sınaq buraxılışını keçirməyi planlaşdırırlar.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" ABŞ-nin hərbi rəsmilərinə istinadla xəbər yayıb.

Mənbənin sözlərinə görə, sınaqlar əvvəlcədən planlaşdırılıb və üçüncü dünya müharibəsinin başlanması təhlükəsinin artması fonunda ABŞ-nin nüvə qüvvələrinin hazırlığını nümayiş etdirməyə yönəlib.

Xatırladaq ki, ABŞ-də prezident seçkisi keçirilir. Ağ Evdə hökmranlıq uğrunda respublikaçıların namizədi Donald Trampla demokratların namizədi Kamala Harris mübarizə aparırlar.

Top
0.050218820571899