kriminal.az
Minlərlə miqrantdan ibarət karvan ABŞ sərhədinə doğru hərəkət edir

Təxminən üç min miqrantdan ibarət karvan prezident seçkisi günü ABŞ sərhədinə doğru hərəkət edir.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "New York Post" xəbər verib.

Bildirilir ki, miqrantlar respublikaçı namizəd Donald Trampın prezident vəzifəsinə gələcəyi təqdirdə, sığınacaq proqramını bağlayacağından narahatdırlar.

Məlumata görə, onların əksəriyyəti Çin, Peru, Ekvador, Venesuela, Kolumbiya, Honduras, Salvador, Qvatemala və Haiti vətəndaşlarıdır.

Yeri gəlmişkən qeyd edək ki, Tramp bildirib ki, əgər Meksika qeyri-qanuni miqrantların ABŞ-yə girişinin qarşısını ala bilməsə, qonşu ölkəyə 25% gömrük rüsumu tətbiq edəcək.

Top
0.055288076400757