kriminal.az
Bayden və Harris Trampı təbrik etdilər

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris rəqibi, respublikaçı Donald Trampa zəng edərək onu seçkidə qələbəsi münasibətilə təbrik edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə,K. Harris D.Trampla "hakimiyyətin dinc yolla ötürülməsinin vacibliyini" də müzakirə edib.

Harrisin ardınca ABŞ prezidenti Co Bayden də Trampa zəng edib və onu seçkidəki qələbəsi münasibətilə təbrik edib.

Ağ Ev qeyd edib ki, Bayden telefon danışığında Trampa hakimiyyətin rahat ötürülməsini vəd edib.

Qeyd edək ki, ötən gün keçirilmiş seçki nəticəsində Donald Tramp 294 səs, Kamala Harris isə 223 səs toplayıb.

Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazım idi.

Top
0.086257934570312