kriminal.az
Puerto-Riko sakinlərinin yarıdan çoxu ABŞ-yə qatılmağa səs verib

Puerto-Rikonun statusu ilə bağlı referendumda iştirak edənlərin əksəriyyəti adanın ABŞ-yə ştat kimi daxil edilməsinin tərəfdarlarıdır.

Kriminal.Az xəbər verir ki, bu barədə yerli "Nuevo Dia" qəzeti məlumat yayıb.

Müvafiq ideyanı seçicilərin 56%-dən çoxunun dəstəklədiyi qeyd edilir.

Seçicilərin 30%-dən çoxu ABŞ ilə əlaqəli adanın tam müstəqilliyini dəstəkləyib. Digər 12% isə ölkənin mövcud statusunu saxlamağı düzgün hesab edir.

Qeyd edək ki, ada 1898-ci ildə İspan-Amerika müharibəsindən sonra ABŞ-nin nəzarətinə keçib.

Top
0.066019058227539