kriminal.az
Zaqatalada DOĞUŞ FACİƏSİ: Yeni doğulan körpə öldü

Zaqatalada körpə doğuşdan sonra dünyasını dəyişib. Son bir həftə ərzində rayonda ikinci belə hadisə baş verir.

Xezerxeber.az-ın məlumatına görə, noyabr ayının 4-ü rayonun Yuxarı Tala kənd sakini Pərvanə İsgəndərova qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

38-39 həftəlik hamiləliklə müraciət etmiş şəxsə cərrahi doğuş icra edilib. Doğuş fəsadsız keçib. Lakin körpənin həyatını xilas etmək mümkün olmayıb.

Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilməsinə qərar verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:

Zaqatalada DOĞUŞ FACİƏSİ: Yeni doğulan körpə öldü

Zaqatalada DOĞUŞ FACİƏSİ: Yeni doğulan körpə öldü

Zaqatalada yenidoğulan körpə ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Lent.az-a bildirilib ki, 26 oktyabrda 42 yaşlı Zaqatala rayon sakini, "37-38 həftəlik hamiləlik, yalançı doğuş sancıları" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ginekologiya və doğum şöbəsində stasionar müalicəyə cəlb edilib.

Məlumatda qeyd olunur ki, 4 noyabrda saat 12:50-də pasiyentə "38-39 həftəlik hamiləlik, baş gəlişi, fəsadlaşmış analıq anamnezi, yaşlı ilk doğan qadın, döl başının yüksəkdə duruşu" diaqnozu ilə cərrahi doğuş icra edilib:

"Doğuş fəsadsız keçib, çəkisi 3100 qr, "oğlan" cinsli uşaq doğulub. 2-3 saat sonra körpənin vəziyyəti pisləşib, müayinələr olunub, yenidoğulmuşda "yaşama qabiliyyətinə uyğun olmayan müştərək ürək qüsuru" aşkar edilib. Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala RMX-da davam etdirilməsinə qərar verilib. Gəncə Perinatal Mərkəzdən süni tənəffüs aparatı gətirilib, Şəki Perinatal Mərkəzin neonotoloqu tərəfindən körpə süni tənəffüs aparatına qoşulub və ağciyərin süni ventilyasiyası təmin edilib. Bütün göstərilən müdaxilələrə baxmayaraq, 7 noyabrda saat 00:30 radələrində yenidoğulmuşda ölüm faktı qeydə alınıb".

Zaqatalada yenidoğulan körpə ölüb.

APA-nın məlumatına görə, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yenidoğulan körpə ölümü baş verib.

Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Yenidoğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nin doğum şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu faktla birlikdə yenidoğulan körpə ölümü noyabr ayı ərzində ikinci hadisədir. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Top
0.076879978179932