kriminal.az
FED uçot dərəcəsini endirdi

Ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FRS) iclasın sonunda əsas uşot dərəcəsini 0,25 faiz bəndi azaldaraq, 4,5-4,75%-ə endirib.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin saytında yerləşdirilən məlumatda bildirilir.

Bazarda uçot dərəcəsinin diapazonunun azalması gözlənilən idi və bu, uzun müddət davam edən sabitlikdən sonra ardıcıl ikinci dəfə baş verdi.

"Öz məqsədlərinə dəstək olaraq, FOMC (Açıq bazarda əməliyyatlar üzrə federal komitə - red.) federal fondlar üzrə uçot dərəcəsi üçün hədəf diapazonunu 0,25 faiz bəndi - 4,5-4,75%-ə endirmək qərarına gəlib. Uşot dərəcəsinin diapazonuna əlavə düzəlişlərə nəzər saldıqda, komitə daxil olan məlumatları, proqnozlardakı dəyişiklikləri və risk balansını diqqətlə qiymətləndirəcək", - məlumatda qeyd olunub.

ABŞ tənzimləyicisi bildirib ki, ölkədə iqtisadi fəaliyyət sabit templə artmaqda davam edir. İlin əvvəlindən əmək bazarındakı şərtlər yaxşılaşıb, işsizlik səviyyəsi isə artıb, lakin aşağı səviyyədə qalır. Bununla belə, inflyasiya 2%-lik hədəfə yaxınlaşıb, lakin bir qədər yüksək olaraq qalır.

Top
0.048181772232056