kriminal.az
Pakistanda dəmiryol stansiyasında DƏHŞƏTLİ PARTLAYIŞ: Ölən və yaralananların sayı artdı

Pakistanda partlayışda ölənlərin və yaralananların sayı artıb.

Kriminal.Az-ın "Anadolu" Agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə yerli hüquq-mühafizə orqanından xəbər verilib.

Bildirilir ki, hadisə nəticəsində 26 nəfər həlak olub, 46 nəfər yaralanıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmayıb.

O da vurğulanıb ki, partlayış kamikadze tərəfindən törədilib.

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində azı 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "Geo TV" kanalı xəbər yayıb.

Bildirilir ki, partlayış qatar gəlməzdən əvvəl stansiyanın kassa şöbəsində baş verib.

Yaralılar şəhər xəstəxanasına çatdırılıblar. Əlavə həkimlər və köməkçi personal növbəyə çağırılıblar. Polis hadisə ilə bağlı araşdırma aparır, fövqəladə vəziyyət elan edilib.

Top
0.049592018127441