kriminal.az
Rusiyada yanğın nəticəsində bir evin altı sakini həyatını itirib

Rusiyanın Rostov vilayətinin Semikarakorsk rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində altı nəfər həlak olub.

Kriminal.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin region nümayəndəliyi məlumat yayıb.

"100 kv.m sahədə fərdi yaşayış binasında yanğın baş verib, altı nəfər ölüb", - deyə məlumatda bildirilib.

Yanğının söndürüldüyü qeyd edilib.

Top
0.079813957214355