Çinin Çjuhay şəhərində sürücünün avtomobili insanların üzərinə sürməsi nəticəsində 35 nəfər ölüb, 43 nəfər yaralanıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Çinin "Xinhua" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, idman kompleksinin yaxınlığında avtomobil izdihamın üzərinə çırpılıb. Polis hadisəni təsdiqləyib və həmçinin avtomobili 62 yaşlı kişinin idarə etdiyini bildirib.
Məlumata görə, polis əməkdaşları avtomobildə oturan sürücünün bıçaqla özünə xəsarət yetirdiyini müəyyən ediblər. O, saxlanılaraq xəstəxanaya göndərilib.
Kişinin hazırda komada olduğu qeyd edilir. Onun barəsində cinayət işi açılıb.