kriminal.az

"Universal Pictures" kino şirkəti "Bricit Cons 4" filminin ilk treylerini təqdim edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.

Qeyd olunur ki, yeni hissə orta yaşlı qadının romantik hekayəsini davam etdirəcək.

Əvvəlki hissələrdə olduğu kimi, baş rolu Rene Zellveger oynayacaq. Hyu Qrant və Emma Tompson da Çivetel Eciofor və Leo Vudall ilə birlikdə filmin çəkilişinə qayıdıblar.

Orijinal film - "Bricit Consun gündəliyi" (Bridget Jones's Diary), çəkisi ilə bağlı kompleksi olan 32 yaşlı subay bir qadın haqqında idi. Milad bayramında o, boşanmış Mark Darsi ilə tanış olur. Bu andan etibarən onun həyatı kəskin şəkildə dəyişir. İkinci və üçüncü filmlər birincinin süjetini davam etdirirdi.

"Bridget Jones: Mad About the Boy" altyazılı film 2025-ci ilin fevralında Sevgililər Günündə nümayiş olunacaq.

"Bricit Cons 4" filminin treyleri təqdim edildi

"Bricit Cons 4" filminin treyleri təqdim edildi

Top
0.05653715133667