kriminal.az
Pakistanda toy avtobusu çaya düşdü: Çox sayda ölən var

Pakistanın şimalındakı Qilqit-Baltistan bölgəsinin Diamer rayonunda qonaqları daşıyan toy avtobusu çaya düşüb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Dawn" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 22 nəfər ölüb.

Avtobusda, həmçinin gəlinin özü də olub və o sağ qalıb, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib.

Top
0.17186403274536