kriminal.az
Britaniyada ilk dəfə PUA-dan qan nümunələrinin daşınması üçün istifadə edildi

Böyük Britaniyada biomaterialların daşınması üçün ilk dəfə pilotsuz uçuş aparatından (PUA) istifadə edilib.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "The Times" qəzeti məlumat verib.

Nəşrin qeyd etdiyi kimi, PUA sayəsində qan nümunəsi iki dəqiqəyə çatdırılıb, halbuki biomaterialın ənənəvi üsulla - avtomobildən istifadə etməklə daşınması ən azı yarım saat çəkəcəkdi.

Dronların köməyi ilə qan tədarükü Londonda sınaq rejimində həyata keçiriləcək: pilotsuz təyyarələr iki xəstəxana arasında hərəkət edərək, qanaxma riski yüksək olan xəstələrə biomaterialları çatdıracaq.

Top
0.22207307815552