kriminal.az
Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında memorandum imzalanıb

Noyabrın 16-da Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib.

Kriminal.Az xəbər verir ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament tərəfindən isə Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Anlaşma Memorandumu Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığı möhkəmləndirəcək.

Top
0.11964821815491