kriminal.az
Kino ulduzundan qəribə etiraf

Tanınmış kino ulduzu Denzel Vaşinqton bugünlərdə "The Sunday Times"ın jurnalistlərinə müsahibə verib.

Kriminal.Az xəbər verir ki, söhbət zamanı aktyor qəribə etiraf edib. O bildirib ki, heç bir filminə tam baxmayıb.

Sənətçinin sözlərinə görə, özünün iştirakı ilə filmlərə baxanda səhvlərini, qeyri-dəqiqliklərini görməyə başlayır.

"Ekranda bütün səhvlərinizi görürsünüz. Özünüzə "niyə bunu etdim?" sualı verirsiniz", - deyə aktyor izah edib.

Denzel Vaşinqtonun son filmi baş rolda oynadığı Ridli Skottun "Qladiator 2" ekran əsəridir. Filmdə aktyor Roma imperatoru Makrinusun rolunu canlandırıb.

Top
0.08801007270813