kriminal.az
100 mində bir: Fotoqraf dünyanın ən nadir canlılarından birini çəkməyə müvəffəq oldu

Belçikalı fotoqraf İv Adams dünyanın ən nadir canlılarından sayılan tamamilə qara pinqvinin görüntüsünü çəkməyə müvəffəq olub.

Kriminal.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, unikal nümunə Atlantik okeanının cənubunda Sent-Endryus körfəzində müşahidə edilib.

Adamsın sözlərinə görə, həmkarından bu ərazidə qara pinqvinin olması barədə məlumat alan kimi nadir quşu çəkmək fürsətini qaçırmaq istəməyib və dərhal çimərliyə yollanıb.

"Bütün bunları çəkə bildiyim üçün çox xoşbəxt idim", - deyə belçikalı fotoqraf öz emosiyalarını bölüşüb.

Adamsın sözlərinə görə, tamamilə qara pinqvinə rast gəlmək ehtimalı təxminən 100 mində birdir.

Bu quşlar nadir genetik melanizm mutasiyasının daşıyıcılarıdır, bu səbəbdən onların lələkləri kömür kimi qara rəng alır. Təəssüf ki, bu xüsusiyyət onları yırtıcılar qarşısında daha həssas edir.

Adams ümid etdiyini bildirib ki, onun fotoşəkilləri digər səyahətçiləri və vəhşi təbiət həvəskarlarını bu nadir növü axtarmağa ruhlandıracaq.

100 mində bir: Fotoqraf dünyanın ən nadir canlılarından birini çəkməyə müvəffəq oldu

100 mində bir: Fotoqraf dünyanın ən nadir canlılarından birini çəkməyə müvəffəq oldu

Top
0.16638517379761