Moskva vilayətinin Lyubertsı rayonunun Malaxovka qəsəbəsində dəhşətli cinayət baş verib. 28 yaşlı Tacikistan vətəndaşı öz 5 aylıq qızını ağladığı üçün döyərək öldürüb.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi xəbər yayıb.
Bildirilir ki, körpənin qışqırığından əsəbiləşən kişi onu vəhşicəsinə döyüb.
"Körpə ağır xəsarətlər alıb və yerindəcə ölüb", - deyə idarədən bildirilib.
Şübhəli şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dərhal saxlanılıb. Ona qarşı "azyaşlının qətli" maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər hadisənin təfərrüatlarını araşdırır.