COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov "PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.
Bu barədə Kriminal.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.
Tərəflər yaşıl enerji sahəsində işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər.
Həmçinin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "PowerChina Resources Ltd." şirkətinin Prezidenti Yanq Tianfu ilə görüşüb.
Kriminal.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında məlumat verib:
"Keçirdiyimiz görüşdə yaşıl enerji sahəsində potensial iş birliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanları barədə müzakirələr apardıq".
"PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə keçirdiyimiz görüşdə #yaşılenerji sahəsində potensial işbirliyi, ölkəmizin əlverişli #biznes mühitindən yararlanmaq və birgə #investisiya layihələrinin reallaşdırılması imkanları barədə müzakirələr apardıq.… pic.twitter.com/AGlED38dMX
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 21, 2024