Türkiyənin "Pegasus" aviaşirkətinin Tehrandan İstanbula uçan təyyarəsinin sərnişini enişdən yarım saat əvvəl"Allahu Əkbər" qışqıraraq təyyarənin təcili çıxış qapısını açmağa çalışıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Təyyarə bələdçiləri həmin şəxsin qarşısını ala biliblər. Stüardessalardan biri həmin şəxsi saxlamağa çalışıb və o, stüardessanın üzünə yumruq zərbələri endirib. Bundan sonra bəzi sərnişinlər bu şəxsi tutublar.
Təyyarə yerə endikdən sonra şəxs polislər tərəfindən saxlanılıb.