"Rusiya-Azərbaycan sərhədində yük həcmi beş dəfə artıb".
Kriminal.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
"Biz hökumətdə daim beynəlxalq keçid məntəqələrimizin təkmilləşdirilməsinə və modernləşdirilməsinə böyük diqqət ayırırıq", - deyə o əlavə edib.
Rusiya baş nazirinin müavini, həmçinin vurğulayıb ki, Rusiyadan Azərbaycan vasitəsilə İrana Xəzər sahili boyunca qərb nəqliyyat marşrutu fəal şəkildə inkişaf edir.
"Burada artıq Rusiya sərhədindən İran sərhədinə qədər müasir avtomobil yolu fəaliyyət göstərir", - deyə Overçuk bildirib.