kriminal.az
İnsan beyninin təkamül prosesində necə sürətlə böyüdüyü müəyyən edilib

Britaniyalı alimlər müəyyən ediblər ki, insan beyninin inkişafı qədim insanların hər növü daxilində tədricən baş verib və kəskin sıçrayışlarla deyil.

Kriminal.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Tədqiqatın nəticələri PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc edilib.

Tədqiqatçılar geniş məlumat bazası toplayıb və müasir analitik metodlardan istifadə ediblər ki, bu da paleontoloji qeydlərdəki boşluqları doldurmağa və qədim insanlarda beyin ölçülərinin dəyişməsinin daha dəqiq mənzərəsini yaratmağa imkan verib. Təhlil insan təkamülünün yeddi milyon ilini əhatə edib.

Alimlərin sözlərinə görə, insan beyninin ölçülərinin artması tədricən baş verib və bir növdən digərinə keçidlə bağlı inqilabi dəyişikliklərdən daha çox növ daxilində "daxili funksiyaların" təkmilləşməsinə bənzəyib. Bu nəticə beyin inkişafının böyük təkamül sıçrayışları ilə bağlı olduğunu iddia edən əvvəlki nəzəriyyələri şübhə altına alır.

Bundan əlavə, tədqiqat göstərib ki, müxtəlif növlərin bədən və beyin ölçüləri arasında əlaqə var, lakin bir növ daxilində bu əlaqə o qədər də qabarıq deyil. Bu kəşf təkamül proseslərinin mürəkkəbliyini vurğulayır ki, burada təkcə fiziki parametrlər deyil, həm də daha mürəkkəb mexanizmlər mühüm rol oynayır.

Top
0.044500112533569