Jurnalist Ramin Cəbrayılzadə (Ramin Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.