ABŞ-nin Nyu-Cersi ştatının sakinləri, üstündən həftələr keçməsinə baxmayaraq, səmada günü-gündən çoxalan barədə hələ də məlumat öyrənə bilmirlər.
Kriminal.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bununla bağlı yeni görüntülər yayılıb.
Bildirilir ki, yerli hakimiyyət vəziyyətdən narahatdır, federal hökumətdən və hərbçilərdən baş verənləri araşdırmağı tələb edir. Lakin Pentaqon naməlum dronların uçuşlarında aşkar təhlükə görmədiyini və PUA-ların xarici dövlətlərə məxsusluğuna dair sübutların olmadığını vurğulayıb. Bununla belə, hadisələrin inkişafının izlənəcəyinə vəd verilib.
ABŞ nəşrləri qeyd edirlər ki, aşkar təhlükə olmadığı təqdirdə hərbçilərin dronlara qarşı güc tətbiq etməsi üçün qanuni əsaslar yoxdur.
ABŞ-də gecələr səmada peyda olan dronların sirri hələ də açılmayıb: Sakinlər təlaşda