Ötən gündən başlayan güclü külək və rayonunda fəsadlara səbəb olub. Hər iki rayonun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazilərdə bir-iki saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq:
"Qəbələ və Oğuz rayonun bəzi kəndlərində güclü külək nəticəsində aşan ağaclar elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Nəticədə rayonun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Hadisə yerinə dərhal qəza xidməti cəlb olunub. Təmizlənmə işləri görülür. İşlər yekunlaşdıqdan sonra yaxın 1-2 saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif