Bir müddət əvvəl həbs edilən "AQA Şirkətlər Qrupu"nun təsisçisi, tanınmış iş adamı xalq yazıçısı, AYB sədri Anarın nəvəsinin həyat yoldaşıdır.
Kriminal.Az Axar.az-a istinadən xəbər verir ki, Qafar Dəmirçi yazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə həyatı qurub.
2022-ci ildə evlənən cütlüyün bir qızı var.
Qeyd edək ki, "Plazalar kralı" kimi tanınan "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyanvurmada ittiham edilir. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.