Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.
Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, Ə.Əsədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub.
Baş nazir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və respublikamızın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.