"2024-cü il 11 ayı ərzində daxil olmuş şikayətlərin araşdırılması istiqamətində 32 tibb müəssisəsində yerində yoxlama həyata keçirilib, aparılan araşdırmalar nəticəsində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub".
Kriminal.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, tabeli tibb müəssisələrində tibbi və inzibati idarəetmə fəaliyyətinin yoxlanılması istiqamətində 29 planlı, yeddi növbədənkənar monitorinq həyata keçirilib:
"Aparılmış monitorinq nəticəsində aşkarlanmış nöqsanlara yol verən 57 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb. 85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib".
Aygün Mirakif