"IQOS-un digər məhsullardan əsas fərqi ondadır ki, 2014-cü ildə satışa çıxmazdan illər öncə IQOS-u hazırlayarkən qarşımıza hədəf qoyduq ki, bizim məhsulumuz tüstüsüz olsun və zərərli maddələrin sayını əhəmiyyətli dərəcədə azaltsın. Bu, bizim məhsulun siqaretdən əsas fərqidir. Buna qədər digər şirkətlər də yanmayan, qızdırılan tütün məhsullarını satışa çıxarmağa cəhd göstərmişdir, lakin bu cəhdlərin heç biri uğurlu olmamışdı. Bəzi hallarda məsələ məhsulun dizaynı ilə bağlı idi. Məsələn, həmin məhsulların birinin tərkibində şüşə liflər var idi və onlar yanaraq insan orqanizminə yüksək səviyyədə zərərli maddələr ötürürdü. Digər məhsulların ölçüsü qeyri-standart olmaqla istifadəsi narahat idi və ya kifayət qədər yaxşı deyildi. Biz öz məhsulumuzda bütün bu problemləri elmi əsaslara söykənən texniki həllər vasitəsi ilə aradan qaldırdıq. Beləliklə, IQOS yol açdı. Bundan sonra artıq bazara bizim məhsulumuza oxşar alternativlər çıxmağa başladı".
Bunu Kriminal.Az-a müsahibəsində PMI (Philip Morris International) şirkətinin beynəlxalq kommunikasiya və qarşılıqlı əlaqələr üzrə vitse-prezidenti Tomasso Di Covanni IQOS-un bazara çıxarılan ilk qızdırılan tütün məhsullarından fərqini izah edərkən deyib. Müsahibədə yanlış bilinən bir çox doğruların və doğru bilinən bir çox yanlışların geniş izahı verilib. Belə ki, tüstüsüz gələcək naminə atılan addımlar, bu sahəyə qoyulmuş investisiya, informasiyaya çıxış və aparılan elmi araşdırmalar oxucuya geniş şəkildə izah edilib.
Həmin müsahibəni təqdim edirik:
- Heç şübhəsiz, hədəf siqaret çəkən insanların bu vərdişi tərgitmələri və ya daha az zərərli olan alternativlərə keçməsidir. Siz həmin elmi araşdırmalar zamanı yeni məhsulun hazırlanmasında hansı vərdişləri əsas götürmüsünüz?
- Təbii ki, araşdırmalarımız məhz o istiqamətdə aparılıb ki, tüstüsüz tütün məhsullarından istifadə siqaretlərin dadına, ritualına və hissiyyatına mümkün qədər yaxın olsun. Bunun üçün bizim məhsulun tutqac hissəsi belə adi siqaret ölçüsünə yaxın formada dizayn edilib. İkinci bir məqam odur ki, tutqacın içinə tütün çubuğunu yerləşdirəndə induksiya üsulu ilə qızma prosesi gedir. Bu isə öz növbəsində tütün çubuğunun bərabər formada qızmasına və tüstü yox, buxarın yaranmasına səbəb olur. İstifadəçi bu buxarı öz içinə çəkməklə sanki klassik siqaretdən istifadə hissi yaşayır, lakin bu zaman zərərli maddələrin səviyyəsi əhəmiyyətli dərəcədə az olur.
- Ciddi və illərlə aparılan elmi araşdırmalar nəticəsində əldə edilmiş bu məhsul haqqında insanların məlumatlandırılması istiqamətində hansı addımlar atılır?
- İcazə verin, istehlakçıya konkret məhsul haqqında məlumat verilməsini ictimaiyyətə bu məsələlər və kateqoriya barədə məlumatların çatdırılmasından ayırım. Qanunvericiliyin icazə verdiyi hallarda biz istehlakçılara məhsulun üstünlükləri və riskləri barədə müfəssəl məlumatlar veririk ki, insanlar məlumatlı qərarlar qəbul etsinlər. Məlumatlar müxtəlif pərakəndə satış kanalları, rəqəmsal platformalar, məhsul qutusunun üzərində və digər kanallarla ötürülür. Amma bəzi ölkələrdə tüstüsüz tütün məhsulları qanuna görə siqaretlərə bərabər tutulur, ona görə də innovasiya əsaslı informasiyanı tütün və nikotin istifadəçiləri ilə bölüşmək cəhdlərinə maneə yaradılır. Həmin ölkələrdə istehlakçıların məlumatlandırılması daha çətindir və onların özünün və əhalinin sağlamlığına ziyan vuraraq siqaret çəkməyə davam etməsi ehtimalı yüksəkdir.
Eyni zamanda biz ictimai müzakirələr aparmaq üçün əlimizdən gələni edirik ki, dəlillər açıqlansın və qərar qəbul etmək üçün istifadə edilsin. Məsələn, dünyanın dörd tərəfindən dəvət etdiyimiz media nümayəndələri ilə görüşlər keçiririk. Müxtəlif konfranslar təşkil edilir, imkan düşdükcə, müxtəlif ölkələrin hökumətləri və qurumlarına məlumat veririk. Biz onlarla, yüzlərlə elmi konfransda təqdimatlarla çıxış edirik. Bu, böyük əhəmiyyət kəsb edir, çünki çoxları bu məhsullar haqqında faktları hələ də bilmir və hər kəs tüstüsüz gələcəyə daha tez nail olmaq istiqamətində iş görə bilər.
- Qeyd etdiniz ki, bəzi ölkələr istehlakçıların məlumata əlçatanlığını təmin etmək üçün müxtəlif qanunlar qəbul edir, bəs bəzi digər ölkələrin bu məhsullara siqaretlərə oxşar qadağalar tətbiq etməsinin səbəbi nədir?
- Bu, sadəcə yanaşma məsələsidir. Onlar elə düşünürlər ki, hər şeyi hər zaman qadağan etməklə məsələləri həll etmək mümkündür. Lakin həmin ölkələrin bəzilərində maraqlı tendensiya müşahidə olunmaqdadır. Belə ki, araşdırmalara görə həmin ölkələrdə həm siqaret çəkənlərin sayı artır, həm də tütün məmulatları ilə bağlı qaçaqmalçılığın statistikasında artım müşahidə olunur. Digər bir məqam isə odur ki, onlar müstəqil elmi araşdırmalar nəticəsində əldə edilmiş yeni məlumatları qəbul etmirlər, baxmayaraq ki, son nəticələrə əsasən, bu məhsullar siqaretlərlə müqayisədə əhəmiyyətli dərəcədə az zərərli hesab edilir. Kliniki araşdırmalar nəticəsində hətta o da müəyyən edilib ki, bu məhsullardan istifadə edən adamlarda xəstəlik riski metabolitləri araşdırma müddətində siqaret çəkmədən tamamilə imtina etmiş insanların metabolitlərinə çox yaxındır. Bu yaxınlarda nəticələrini açıqladığımız iki illik araşdırmada üç qrup iştirak edib: birinci qrup - siqaret çəkənlər, ikinci qrup - çəkməyənlər, üçüncü qrup - siqaretdən tamamilə imtina edib IQOS-a keçənlər. Araşdırmanın sonunda aparılmış müqayisə göstərdi ki, siqareti tərgitmiş insanlarla bizim qızdırılan tütün məhsullarından istifadə edən insanlar arasında çox cüzi fərq var.
- Hədəfə çatmaq, həddi-buluğa çatmamış şəxslərin istifadəsini minimuma endirmək üçün hansı addımlar atılır?
- Burada əsas məqam ondan ibarətdir ki, həmin şəxslər siqaret çəkməyə başlayacaqlar ya yox? Əgər başlayacaqlarsa, o zaman bizim tüstüsüz tütün məhsullarımız daha yaxşı seçimdir. Bu çox vacib məqamdır. Təbii ki, biz şirkət olaraq öz məhsullarımızın həddi-buluğa çatmamış insanlara satışının qəti əleyhinəyik. Biz istəmirik ki, onlar bizim məhsullara çıxış əldə etsinlər. Bunun qarşısını almaq üçün biz şirkət olaraq marketin strategiyamızda, qutunun dizaynından tutmuş marketlərdəki satış nöqtələrinə qədər əlimizdən gələn hər şeyi edirik ki, bizim məhsullar yuxarıda qeyd etdiyimiz şəxslərin istifadəsində olmasın. Hətta bizim məhsulları onlayn alan zaman belə biz alıcının yaşını yoxlayırıq ki, məhsulu alan şəxs yetkinlik yaşında olsun. Qanunvericiliyin həddi-buluğa çatmamış şəxslər tərəfindən istifadəni qadağan etməsi və bu qadağanın lazımi qaydada icra edilməsi də mühümdür.
Qeyd: ABŞ-nin Qida və Dərman Preparatları İdarəsi (Food and Drug Administration) 2020-ci ildə Philip Morris Products S.A şirkətinin "IQOS tütün qızdırma sisteminin" riski modifikasiya edilmiş az zərərli tütün məhsulu kimi marketinqinə icazə vermişdir (mənbə: FDA Authorizes Marketing of IQOS Tobacco Heating System with "Reduced Exposure" Information | FDA).
PMI şirkətinin tüstüsüz tütün məhsulu IQOS 2024-cü ilin iyunundan Azərbaycanda da satışa çıxarılıb.