"Müasir dövr insan kapitalının davamlı inkişafı və yeni keyfiyyət mərhələsinə transformasiyası ilə səciyyələnir".
Kriminal.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında paylaşıb.
"Kadr potensialının zənginləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən təsis edilmiş "Yüksəliş" müsabiqəsi mühüm rol oynayır. "Yüksəliş 3" müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış Mentorluq proqramı uğurla yekunlaşdı. Gənclərlə görüşümüzdə müsabiqənin karyera irəliləyişi üçün yaratdığı imkanlar, fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələr barədə danışdıq. Mentorluq proqramının həyata keçirilməsində fəal iştirak edən həmkarlarımıza dərin təşəkkürümüzü bildirir, mentilərimizə isə gələcək fəaliyyətlərində uğurlar və davamlı yüksəliş arzulayırıq", - paylaşımda deyilir.
Müasir dövr insan kapitalının davamlı inkişafı və yeni keyfiyyət mərhələsinə transformasiyası ilə səciyyələnir. Kadr potensialının zənginləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev (@azpresident) tərəfindən təsis edilmiş "Yüksəliş" (@yukselish_az) müsabiqəsi mühüm rol… pic.twitter.com/lH2rr0FKEV
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 23, 2024