Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiya yaradılıb.
Bununla bağlı Kriminal.Az AZƏRTAC-a istinadən xəbər yayıb.
Komissiyanın tərkibini təqdim edirik:
Sədr - Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri
Üzvlər:
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Kamran Əliyev - Azərbaycan Respublikasının baş prokuroru
Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri
Əli Nağıyev - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri
Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.