"Xaçmaz şəhəri ərazisində qeydə alınmış zəncirvari yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb".
Bu məlumatı Kriminal.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Hadisə bu gün, 27 dekabr saat 00:30-da, şəhərin N.Nərimanov küçəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı altı avtomobil toqquşub.
Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini Ramin Xeyrullayev və onun həmyerlisi BMW markalı avtomobilin sürücüsü Elmar Rüstəmov xəsarət alıblar. Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunublar. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
BDYPİ bir daha yüksək sürətin ağır hadisələrə səbəb olduğunu xatırladır və sürücülərə müraciət edərək onları sürət həddini yol və hava şəraitinə uyğun seçməyə çağırır",- deyə M.Ağayev vurğulayıb.
Xaçmaz şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Kriminal.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayımlanıb.
Qəzanın "Qoşa qapı" adlanan ərazidə bir neçə avtomobilin toqquşması nəticəsində baş verdiyi bildirilir. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanların olub olmaması ilə bağlı məlumat yoxdur.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu verilib.
Əzizə İsmayılova