AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında ilk təmas baş tutub.
Kriminal.Az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı süjetdə bildirilib.
Qeyd olunub ki, bir qədər gec də olsa, nəhayət Kreml baş verənlərə görə məsuliyyətini etiraf edib.
Məhz bu səbəbdən də Moskva Rusiya hava sahəsində yaşanan hadisələrə görə Bakıdan üzr istəyib.
"Haber Global": Putindən Əliyevə üzr zəngi