Qazaxıstanın Aktau şəhərində "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi tibbi ekspertiza məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılıb.
Kriminal.Az xəbər verir ki, sözügedən şöbələrdə cənazələrin təkrar müayinəsi həyata keçiriləcək.
Baş Prokurorluğun İstintaq İdarəsinin qərarına əsasən, həlak olanların nəşi məhkəmə-tibbi müayinədən keçiriləcək, ekspertiza rəyi hazırlanaraq aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək.
Xatırladaq ki, dekabrın 28-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya .