kriminal.az
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.

Kriminal.Az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaqlar.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Top
0.042136907577515