Aktauda AZAL təyyarəsinin qəzası nəticəsində ağır xəsarət alan qırğızıstanlı 20 yaşlı Rinat Asanov özünə gəlib.
Bu barədə Kriminal.Az zakon.kz-ə istinadən məlumat verir.
Hazırda gənc, iki həmvətəninin də müalicə aldığı Manqistau Vilayət Xəstəxanasındadır.
Həkimlərin məlumatına görə, digər iki zərərçəkənin vəziyyəti sabitdir, lakin onların hələ də tibbi müşahidəyə ehtiyacları var. Yaralıların qohumları ilə yanaşı Qırğızıstan FHN-nin xilasediciləri və tibb işçiləri də Aktauya gediblər.
Qırğızıstan zərərçəkmiş vətəndaşlarının Yeni ilədək Vətənə qaytarılmasına çaılışır.
"İş Qazaxıstan və Azərbaycan FHN ilə sıx əməkdaşlıq şəraitində aparılır. Tədbirlər Qırğızıstan Prezidenti Sadır Japarovun şəxsi nəzarəti altında həyata keçirilir", - deyə Qırğızıstan FHN-dən bildirilib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı), beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.