"Suriya xalqı səfalət içində yaşayarkən Əsəd ailəsi öz dəbdəbəli həyatlarına davam ediblər".
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin nüfuzlu "Haber Global" kanalının hazırladığı süjetdə bildirilir.
Bəşər Əsədin qardaşı Mahir Əsədin malikanəsinə daxil olan jurnalistlər villada qısa müddət əvvələ qədər davam edən lüks həyatın izlərinin hələ də qaldığını bildiriblər.
"Hovuzlu villa, lüks və dəbdəbə içində keçən bir həyat. Suriyada xalq rejim idarəçiliyi altında əziyyət çəkərkən, hakimiyyətdəki Əsəd ailəsi öz rahatlığını düşünürdü. BƏƏS rejiminin devrilməsindən sonra o dəbdəbəli həyatın sübutları üzə çıxmağa davam edir", - deyə süjetdə bildirilir.
O da qeyd olunur ki, Bəşər Əsədin qardaşı Mahir Əsəd Suriyadakı narkotik ticarətini təşkil edən şəxs kimi tanınıb.
"Suriya daxilindəki və digər ölkələrlə olan narkotik şəbəkəsi onun nəzarəti altında olub", - deyə müxbirlər vurğulayıblar.
Qeyd edək ki, Mahir Əsəd və ailəsinin əvvəlcə İraqa, oradan da Rusiyaya qaçdığı düşünülür.
Ətraflı süjetdə: