Prezident İlham Əliyev AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Kriminal.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sərəncamla qəza zamanı sağ qalan ekipaj üzvlərindən Zülfüqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.
Bununla da Azərbaycanda bu yüksək ordenlə təltif olunanların sayı 7-ə çatıb. Aydan Rəhimli isə bu ordenə layiq görülən ilk qadın kimi tarixə düşüb.
Qeyd edək ki, "Rəşadət" ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara bir sıra hallarda verilir. Buna fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlər və eyni zamanda, həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlər daxildi ki, bu qəhrəmanlığı da təyyarənin bütün ekipaj üzvləri göstərib.
Bundan başqa, Hökumə Əliyeva da Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı olub. Buna qədər şəhid jurnalist Salatın Əsgərova, şəhid hərbi tibb qulluqçusu, baş leytenant Gültəkin Əsgərova da bu fəxri ada layiq görülmüşdü.